Bütün ölkənin axtardığı qızın atası danışdı - FOTO

Bütün ölkənin axtardığı qızın atası danışdı - FOTO
10:37 12 Yanvar 2015
157 Dünya
Ölkə mətbuatı
A- A+

"O, mənim qızımdır! Qızımın Amedi kimi terrorçu ilə birlikdə olduğunu, onu dəstəklədiyini bilmirdim".
Bu sözləri Həyat Bumeddinin atası Məhəmməd Bumeddin deyib.
 
26 yaşlı Həyat 32 yaşlı Amedi Kulibalinin qeyri-rəsmi nikahda olduğu arvadıdır.
 
Milli.Az AFP-yə istinadən bildirir ki, yanvarın 8-də Amedi Kulibali Fransa paytaxtı Parisin cənub həndəvəri olan Monrujda bir polisi qətlə yetirib, bir polisi də yaralayandan sonra qaçıb aradan çıxmışdı. Ertəsi gün polis "Charlie Hebdo" satirik jurnalının redaksiyasını gülləbaran etmiş, 12 nəfəri öldürərək 11 nəfəri yaralamış Səid Şərif Kuaşi qardaşlarını tapıb zərərsizləşdirməyə çalışanda A.Kulibali iki AKS-74 avtomatı ilə Parisin 20-ci rayonundakı koşer supermarketə soxulmuş, orada atəş açaraq girov götürmüşdü.
 
Supermarketə xüsusi təyinatlı polislərin hücumu Kuaşi qardaşlarının Dammarten-an-Qoeldə gizləndikləri nəşriyyatdakı əməliyyatla eyni vaxtda başlamışdı.
 
32 yaşlı Kulibali qətlə yetirilib, polis zabiti olan qadın həlak olub. Terrorçu əməliyyat başlamazdan əvvəl 4 girovu qətlə yetirmişdi.
A.Kulibalinin qeyri-rəsmi nikahda olduğu Həyat Bumeddinin Fransadan qaçdığı, Suriyaya üz tutduğu deyilir.
 
Qızının fotolarını telekanallarda görəndən sonra polisə yollanan Məhəmməd Bumeddinin dediyinə görə, Həyatın harada olduğunu dəqiq bilməsə də, gümanları var.
 
"Qızımın bu terrorçu ilə birlikdə olması məni dəhşətə gətirib, şoka salıb. Düşünürəm ki, Həyat indi Suriyadadır", - Məhəmməd Bumeddin deyib.
Qonşuların dediklərinə görə, Məhəmməd Bumeddin evdən eşiyə çıxmır, ağlayır, telefon zənglərinə cavab vermir.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318515.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR