Ali Neft Məktəbində akademiya yaradılıb

Ali Neft Məktəbində akademiya yaradılıb
10:39 12 Yanvar 2015
138 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbində (BANM) “Microsoft” şirkətinin İKT üzrə akademiyası (Microsoft IT Academy) yaradılıb. Ali məktəbdən Lent.az-a verilən məlumata görə, proqramın koordinatoru Kompüter və informasiya-kommunikasiya texnologiyaları (İKT) kafedrasının dosenti Manafəddin Namazovdur.

 

İKT üzrə akademiya “Microsoft” şirkəti tərəfindən informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların hazırlanması üçün yaradılıb. Akademiyada gələcəkdə bütün təhsil müəssisələrinin həm tələbə, həm də müəllimləri iştirak edə biləcək.

 

Akademiya proqramının məqsədi informasiya texnologiyaları sahəsində müasir və yüksək ixtisaslı kadrların hazırlanmasıdır. BANM peşəkar biliklərin və bacarıqların mənimsənilməsi üçün tələbələri “Microsoft” şirkətinin yüksək keyfiyyətli təlim texnologiyaları ilə təmin edəcək. Proqramın imkanları genişdir, belə ki, adi istifadəçilər üçün tətbiqi proqramlar və peşəkar kompüter mütəxəssislərinin istifadə etdiyi  xüsusi proqramların təlimi nəzərdə tutulur. “Microsoft” şirkətinin sertifikatlaşdırma imtahanlarını uğurla verən tələbələr IT sahəsində öz karyerasını qura bilərlər.

 

Tələbələrə təlim yolu ilə əldə edilən bilik və bacarıqlar beynəlxalq sertifikat imtahanları verməyə imkan verəcək ki, bu da  müasir cəmiyyətdə əmək fəaliyyətinə başlamaq üçün yaxşı bir başlanğıc olacaq, əldə edilən biliklər məzunlara özlərini sürətlə inkişaf edən informasiya texnologiyaları ilə zəngin müasir dünyada inamlı hiss etməyə imkan verəcək. Burada həmçinin, tədrisin səmərəliliyini artıran optimal öyrənmə mühitinin yaradılması, əmək bazarındakı peşə tələblərinə uyğun təlim və iştirakçılar üçün güzəştlər təklif olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190036

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR