“Unibank”ın “Bayıl” filialı yeni ünvana köçüb - FOTO

“Unibank”ın “Bayıl” filialı yeni ünvana köçüb - FOTO
10:42 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 10:41 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. İndi  “20-ci sahə” yaşayış massivi, Sahil, Lökbatan, Bayıl, Badamdar qəsəbələrinin və paytaxta yaxın rayonların sakinləri  “Unibank”ın xidmətlərindən çox rahat şəkildə istifadə edəcəklər.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın 9 saylı filialı (“Bayıl”) daha geniş ofisdə fəaliyyətini davam etdirir. Müştərilərə xidmətin keyfiyyətini yüksəltmək və bank məhsulları və xidmətləri ilə daha yüksək səviyyədə təmin etmək üçün, “Bayıl” filialının köçdüyü yeni ünvan əvvəlki ünvandan çox da uzaq deyil. Səbail rayonu, Salyan şossesi ilə Ə. Yaqubov küçəsinin kəsişməsi, bina 19-da (74-cü mədənin ərazisi) yerləşən filial, avtobus dayanacağına yaxındır və müştərilər  vaxt  itirmədən  bir neçə dəqiqəyə filiala müraciət edə bilərlər.

 

Qeyd edək ki, 9 saylı filial yeni ünvanda vətəndaşlara kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları daxil olmaqla,  bütün bank xidmətlərini göstərir. Vətəndaşlar filialdan nağd  kreditlər və mikro kreditlər götürə bilərlər. “Unibank”ın xidmət və məhsullarından istifadə etmək istəyən hər kəs həftənin 6 günü səhər saat 09.00-dan 17.00-dək  “Bayıl” filialına müraciət edə bilər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368715

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR