Milli.Az xəbər verir ki, özündə ciddi dəyişikliklər edən müğənninin qəfildən arıqlaması onun sağlamlığına ziyan vurub. Bu barədə Aygün Kazımova "Onlar" verilişində deyib. Müğənni bildirib ki, hətta o qədər zəifləyibmiş ki, anoreksiya xəstəliyinə tutulacaqmış.Xalq artisti Aygün Kazımovanın arıqlaması başına bəla olub
"Bu pəhrizə görə çox əziyyətlər çəkdim, çox zəiflədim, xəstələndim. Həkimlər İstanbulda mənə yeməyi sistem vasitəsi ilə verirdilər.
Xəstəxanada yemək gətirəndə yemək istəmirdim, hətta həkimlər deyirdilər, bəlkə, Azərbaycan mətbəxindən nəsə təşkil edək. Bunlara baxmayaraq mən yeməkdən vaz keçirdim.
Mənə qan vururdular, vəziyyət o yerə gəlib çatmışdı ki, az qala anoreksiya olum. Ancaq hər şey bununla bitmir, qabaqda məni daha fərqli görəcəksiniz", - xalq artisti bildirib.
Milli.Az