Millinin sabiq futbolçusu "Qarabağ"da oynamaq istəmədi

Millinin sabiq futbolçusu "Qarabağ"da oynamaq istəmədi
10:48 12 Yanvar 2015
157 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubu “transfer bazarı”nda uğursuzluqla üzləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu heyətinə qatmaq istədiyi Dani Kiki ilə anlaşa bilməyib.
  
Plovdiv “Lokomotiv”ində çıxış edən hücumameylli yarımmüdafiəçi karyerasını “Qarabağ”da davam etdirməkdən imtina edib. Bolqarıstanlı futbolçu bunu “dəmiryolçular”ın heyətində qalmaq istəyi ilə izah edib. “Lokomotiv” rəhbərliyi onun transferindən qazanmaq istəsə də, Dani müqaviləsinin sonunadək “Lokomotiv”i tərk etmək istəmədiyini bildirib.
  
Qeyd edək ki, vaxtilə Bolqarıstanın U-21 yığmasında oynamış Kiki indiki klubundan başqa, “Çernomorets”, “Lokomotiv” (Sofiya) və “Rakovski”nin şərəfini qoruyub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR