Play Store

Bakının mərkəzində cinsi azlıqların bayrağı qaldırıldı - FOTO

Bakıda cinsi azlıq nümayəndələrinin LGBT təşkilatının bayrağı asılıb. Bayraq Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin binası önündə dalğalanır.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı səfirliyin rəsmi “Facebook” hesabında məlumat yayılıb.

“Bu gün homofobiya, bifobiya və transfobiya ilə mübarizə günüdür. Böyük Britaniya LGBT nümayəndələrinin bərabərliyi ilə bağlı məğrur təcrübəyə malikdir və cinsi azlıqlara ayrıseçkiliyin qarşısının alınması üçün dünyada ən güclü qanunvericilik bazalarının birinə malikdir”, - Britaniya səfirliyinin məlumatında deyilir.

Səfirliyin açıqlaması bir çox azərbaycanlı sosial şəbəkə istifadəçilərində narazılıq yaradıb.

Dünya birjalarında neft yenidən - BAHALAŞDI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR