Bakıdakı pis qoxuya görə Neft Emalı Zavodu cərimələndi - 20 min manat

Bakıdakı pis qoxuya görə Neft Emalı Zavodu cərimələndi - 20 min manat
17:24 17 May 2018
105 Digər
Ölkə mətbuatı
A- A+

 

Neft Emalı Zavodunda texnoloji prosesin pozulması nəticəsində Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfindən  qanunamüvafiq tədbirlər görülüb.
 
 
Nazirliyin mütəxəssisi Mirsalam Qəmbərov Lent.az-a açıqlamasında bildirib ki, zavod  hüquqi şəxs qismində 20 min, sex rəisləri isə vəzifəli şəxs qismində hər biri 3,5 min manat məbləğində cərimə edilib. 
 
 
Zavodda texnoloji reqlament normalarının gözlənilməsi, əmələ gələn tullantıların qanunamüvafiq idarə olunması, qurğu və avadanlıqlarda modernizasiya işlərinə başlanılması üçün artıq onlara xəbərdarlıq edilib. Bu işlər görülməzsə, yenidən zavoda qarşı qanunamüvafiq tədbirlər görüləcək. 
 
 
Mənbələrdən atılmalara nəzarət etmək məqsədilə elektron monitorinq sisteminin tətbiq olunması ilə bağlı zavod rəhbərliyinə tövsiyələr verilib. 
                    

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/301392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR