Mingəçevirdə 14 yaşlı qız öldü - FOTO

Mingəçevirdə 14 yaşlı qız öldü - FOTO
10:52 12 Yanvar 2015
148 Digər
Ölkə mətbuatı
A- A+

Mingəçevir şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib
APA-nın xəbərinə görə, hadisə şəhərin məcburi köçkünlər yaşayan “Yeni həyat” qəsəbəsində qeydə alınıb.

Şəhər Polis Şöbəsindən bildirilib ki, 2001-ci il təvəllüdlü Abdullayeva Türkanə Sənan qızının meyidi yaşadığı evin hamamında tapılıb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsində müayinə edilib.

Məlum olub ki, Türkanə Abdullayeva kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən içəri daxil olan dəm qazından boğulub.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR