5 milyon manatlıq cinayətlə bağlı YENİ XƏBƏR

5 milyon manatlıq cinayətlə bağlı YENİ XƏBƏR
10:54 12 Yanvar 2015
300 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda ittiham olunan “Şahbulaq” MTK-nın sədri Nəsib Əliyev və “Badü-Kubə” MTK-nın təsisçisi Zaur Cabbarovun məhkəməsi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin şikayəti üzrə qərar elan edilib. Beləliklə, Zaur Cabbarovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası azaldılaraq 7 il 6 aya endirilib. Nəsib Əliyevin isə apelyasiya şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, Nəsib Əliyev “Şahbulaq” MTK-nın sədri kimi 2006-2010-cu illərdə “Badu-Kübə” MTK-nın təsisçisi olan kürəkəni Zaur Cabbarov və Elton Əliyev əlbir olub. Onlar cinayət əlaqəsinə girərək Bakı şəhərində çoxmərtəbəli yaşayış binaları inşa edən “Badu-Kübə” və “Şahbulaq” MTK-larının adından saxta alqı-satqı müqavilələri və maliyyə arayışları əsasında ümumilikdə 12 min 621 kvadratmetr sahəsi olan 159 mənzili və 1 qeyri-yaşayış sahəsini 119 nəfərə satıblar. Bundan sonra müvafiq maliyyə-mühasibat uçotu sənədləri tərtib etmədən əldə olunmuş 4 milyon 635 min 738 manat pulun 2 milyon 22 min 359 manatını “Badu-Kübə” MTK-nın inşa etdiyi binanın tikintisinə sərf edib, qalan 2 milyon 613 min 379 manat məbləğində özgənin külli miqdarda əmlakını isə aldatma yolu ilə ələ keçirərək dələduzluq edib.

Nəsib Əliyevə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri, Zaur Cabbarova isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham edilib.
İstintaq gedişində 36 zərərçəkmişlə tikintini davam etdirən “Badu-Kübə” MTK arasında yeni müqavilələr bağlanılmaqla binadan ümumi dəyəri 1 milyon 86 min 233 manat dəyərində mənzillərlə təmin edilməklə vətəndaşların pozulmuş mənzil hüquqları bərpa edilib.


Cinayət işi üzrə Elton Əliyev barəsində Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərar qəbul edilib, lakin o, istintaqdan yayındığına görə ittihamın elan edilməsi mümkün olmayıb və barəsində axtarış elan edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəsib Əliyev 13 il, Zaur Cabbarov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar cəzalarının yüngülləşdirilməsini istəyiblər.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR