Futbolçu meydançada "doğdu" (VİDEO)

Futbolçu meydançada "doğdu" (VİDEO)
11:01 12 Yanvar 2015
187 Digər
Ölkə mətbuatı
A- A+

İslandiyada bir futbol matçında qeyr-adi qol sevinci yaşanıb.

ANS PRESS-in məlumatına görə, "Stjarnan" klubunun futbolçu atdığı qoldan sonra topu formasının altına qoyub və doğuş edəcəkmiş kimi yerə uzanıb. Komanda yoldaşları isə topu formanın altından çıxarıb sevinclə azarkeşlərə göstərib.

Futbolçuların bu qol sevinci azerkeşləri bir xeyli heyrətləndirib. Sevinclə təəccübü bir arada yaşayan azarkeşlər bu qol sevincinə görə futbolçuları alqışlayıblar.

Qeyd edək ki, futbol tarixində bu cür qəribə qol sevincləri çoxdur. Braziliya yığmasının futbolçusu Bebetonun 1994-cü il Dünya Kubokunda Hollandiyaya atdığı qoldan sonra verdiyi beşik yelləmə hərəkəti isə ən gözəl qol sevinci kimi xatirələrə həkk olunub.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319113

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR