Pelleqrini Premyer Liqaya qayıdır

“Mançester Siti”nin sabiq baş məşqçisi Manuel Pelleqrini yenidən İngiltərədə çalışacaq.

Metbuat.az-ın məlumatına görə, çilili mütəxəssis Devid Moyeslə yollarını ayıran “Vest Hem”in sükanı arxasına keçəcək. Təcrübəli çalışdırıcının London klubu ilə anlaşdığı bildirilib. İddiaya görə, tərəflər 3 illik müqavilə barədə razılığa gəliblər.

Qeyd edək ki, 2013-2016-cı illər mövsümündə “Mançester Siti”ni çalışdırmış Pelleqrininin son klubu “Xebey Çayna Fortun” (Çin) olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR