"Qalatasaray" ÇEMPİON

Türkiyə Superliqasında 2017-2018 mövsümünün qalibi müəyyənləşib.

Metbuat.az-ın məlumatına görə, sonuncu – 34-cü turda səfərdə Bafetimbi Qomisin penaltidən vurduğu qolla “Göztəpə”ni 1:0 hesabı ilə məğlub edən “Qalatasaray” xallarının sayını 75-ə çatdıraraq, 21-ci çempionluğunu rəsmiləşdirib.

Doğma meydanda “Konyaspor”a qalib gələn (3:2) və “Qalatasaray”dan 3 xal geri qalan “Fənərbaxça” gümüş medallara sahib çıxıb. “Başakşəhər” isə 72 xalla mövsümü 3-cü pillədə bitirib.

Qeyd edək ki, “Qalatasaray” və “Fənərbaxça” Türkiyəni Çempionlar Liqasında təmsil edəcək. “Başakşəhər”, “Beşiktaş” və kubokun qalibi “Akhisarspor” isə Avroliqada mübarizə aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR