Kapitan: ""Qəbələ"yə keçəcəyim yalandır"

Kapitan: ""Qəbələ"yə keçəcəyim yalandır"
11:05 12 Yanvar 2015
193 İdman
Ölkə mətbuatı
A- A+

“Bu haqda danışmaq istəmirəm”.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Çernomorets”in qapıçısı Dmitri Bezotosnıy deyib.
  
31 yaşlı kapitan Azərbaycanın “Qəbələ” klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.
 
Ölkəsinin mətbuatına danışan ukraynalı oyunçu bunları şayiə adlandırıb: “Xarkov “Metallist”i və “Qəbələ”yə keçəcəyim yalandır. Bu xəbərlər sadəcə şayiədir. Mən hələ ki, “Çernomorets”in futbolçusuyam”.
  
Qeyd edək ki, daha əvvəl “Çernomorets”in baş məşqçisi Roman Qriqorçuk və yarımmüdafiəçisi Aleksey Qay “Qəbələ” ilə müqavilə imzalayıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR