2014-cü ildə “Google”dan 345 milyon istinadı silmək tələb olunub

2014-cü ildə “Google”dan 345 milyon istinadı silmək tələb olunub
11:06 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Ötən il hüquq sahibləri onların hüquqlarını pozan 345 milyon istinadı axtarış indeksindən silməyi “Google”dan tələb ediblər. Bu göstərici 2013-cü illə müqayisədə 75 faiz yüksəkdir.
 
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, hərçənd ki “Google” axtarış reytinqində pirat saytların azalması üçün bir sıra addımlar atıb, amma istinadların silinməsi haqda sorğuların sayı artmağa davam edir.
 
Müqayisə üçün, 2008-ci ildə onlarla belə sorğu “Google” şirkətinə göndərilib. Bu gün isə şirkət gündəlik təxminən milyon sorğu emal edir.
 
İstinadların əksəriyyəti silinir, amma heç də hamısı yox. Bəzən “Google” şirkəti belə nəticəyə gəlir ki, istinad edilən material heç kimin hüquqlarını pozmur.
 
Emil Hüseynov
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34696-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR