Bu şəxslərə uzunmüddətli kredit veriləcək - AZƏRBAYCANDA

Bu şəxslərə uzunmüddətli kredit veriləcək - AZƏRBAYCANDA
11:09 12 Yanvar 2015
185 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda əlilliyi olan şəxslərə mənzil alınması və regionlarda fərdi mənzil tikintisi üçün uzun müddətli, güzəştli kreditlər, ipoteka verilməsinə dair qanunvericilik təkmilləşdiriləcək.  Lent.az-ın məlumatına görə, bu, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət  Proqramında öz əksini tapıb.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Səhiyyə nazirliklərinə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi şurasına tapşırıq verilib.

Bundan başqa, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi məqsədilə mövcud sosial xidmətlərin təkmilləşdirilməsi də nəzərdə tutulub. Bundan başqa, yeni  sosial xidmətlərin yaradılması da istisna edilmir.

Bununla bağlı ƏƏSMN və yerli icra hakimiyyətlərinə tapşırıq verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR