Meksika Venesueladan səfirini geri çağırıb

Meksika Xarici İşlər Nazirliyi Venesuelada keçirilən prezident seçkilərindən sonra ölkədən səfirini geri çağırıb.

Metbuat.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, nazirlik Venesuelada həmçinin biznesin aparılması zamanı risklər haqda xəbərdarlıq edib: "Xarici İşlər Nazirliyi, Venesuelada mayın 20-də keçirilən prezident seçkilərini tanımır və qanunsuz hesab edir".

Qeyd edək ki, Venesuelanın Milli Seçki Şurasının məlumatına əsasən, hazırki dövlət başçısı Nikolas Maduroya 5.8 milyon, müxalifətdən əsas namizəd olan Enri Falkona isə 1.8 milyon seçici səs verib.

Günün qoroskopu - Yeni romantik əlaqə gözlənilir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR