Millinin sabiq futbolçusu “Qarabağ”da oynamaq istəmədi

Millinin sabiq futbolçusu “Qarabağ”da oynamaq istəmədi
11:14 12 Yanvar 2015
133 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubu “transfer bazarı”nda uğursuzluqla üzləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunu heyətinə qatmaq istədiyi Dani Kiki ilə anlaşma bilməyib.

 

Plovdiv “Loikomotiv”ində çıxış edən hücumameylli yarımmüdafiəçi karyerasını “Qarabağ”da davam etdirməkdən imtina edib.  Bolqarıstanlı futbolçu bunu “dəmiryolçular”ın heyətində qalmaq istəməyi ilə izah edib. “Lokomotiv” rəhbərliyi onun transferindən qazanmaq istəsə də, Dani müqaviləsinin sonunadək “Lokomotiv”i tərk etmək istəmədiyini bildirib.

 

Qeyd edək ki, vaxtilə Bolqarıstanın U-21 yığmasında oynamış Kiki indiki klubundan başqa, “Çernomorets”, “Lokomotiv” (Sofiya) və “Rakovski”nin şərəfini qoruyub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190050

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR