“Azərpoçt” MMC-nin əməkhaqqı kartlarında “SMS xəbərdarlıq” xidməti pulsuz oldu

“Azərpoçt” MMC-nin əməkhaqqı kartlarında “SMS xəbərdarlıq” xidməti pulsuz oldu
04:35 22 May 2018
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  "Azərpoçt" MMC-nin emissiya etdiyi əməkhaqqı kartlarında "SMS xəbərdarlıq" xidməti müştərilərə pulsuz təklif olunur.
 
"Azərpoçt" MMC-nin emissiya etdiyi əməkhaqqı kartlarının sahibləri artıq aparılan bütün əməliyyatlardan anında xəbər tutacaqlar.
 
 
Belə ki, kart sahibləri aparılan bütün əməliyyatlar - kart hesabı üzrə mədaxil və məxaric əməliyyatları, hesabın qalığı  haqqında dərhal xəbərdarlıq SMS-i alacaqlar.
 
Əməkhaqqı kartının sahibi "Azərpoçt" MMC-yə məxsus istənilən ATM-ə yaxınlaşaraq, xidmətlər bölməsindən "sms xəbərdarlıq" xidmətini aktivləşdirə bilər.
 
Qeyd edək ki, "Azərpoçt" MMC-nin emissiya etdiyi əməkhaqqı kart sahiblərinin bu günə olan sayı  22 min 305 nəfərdir.




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-54605-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR