Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanıldı
09:38 22 May 2018
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Respublikanın daxili işlər orqanları tərəfindən cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Publika.az xəbər verir ki, gün ərzində 106 cinayət faktı qeydə alınmış və onların 21-i “isti izlər”lə açılıb. Bundan başqa əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Könül


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/241751.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR