Serbiya Prezidenti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, Şəhidlər xiyabanında olub

Serbiya Prezidenti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, Şəhidlər xiyabanında olub
10:05 22 May 2018
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda rəsmi səfərdə olan Serbiya Prezidenti Aleksandr Vuçiç mayın 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər güllər düzüb.

A.Vuçiç mayın 22-də Şəhidlər xiyabanını da ziyarət edib.

Burada Serbiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident A.Vuçiç Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.

Serbiya Prezidenti "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Serbiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Bakının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/652725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR