İstirahət günü təcili yardım stansiyasına daxil olan müraciətlərin sayı 10% artıb

11:17 12 Yanvar 2015
154 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 11:13 ]


Bakı. Könül Kamilqızı – APA. İstirahət günü - yanvarın 11-də Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı artıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, adi günlərdə stansiyaya 1700-1750 çağırış daxil olurdusa, bazar günü onların sayı 1957 olub. O bildirib ki, bu rəqəm də adi günlərlə müqayisədə 10% artım deməkdir.

 

Ötən sutka ərzində Bakıda dəm qazından zəhərlənmə ilə bağlı təcili yardım stansiyasına 19 müraciət daxil olub. Dəm qazı zəhərlənməsi diaqnozu ilə 15 nəfər xəstəxanaya yerləşdirilib, 4 nəfərə yerində yardım edilib.

 

İstirahət günü yol nəqliyyat hadisəsi ilə bağlı təcili yardıma 6 müraciət daxil olub. Hadisələr nəticəsində 14 nəfər zərər çəkib, 1 nəfər isə hadisə yerində dünyasını dəyişib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368713

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR