“Kurtlar Vadisi”i izləyicilərinə AĞIR XƏBƏR: əfsanə isim REANİMASİYADA - FOTO/VİDEO

“Kurtlar Vadisi”i izləyicilərinə AĞIR XƏBƏR: əfsanə isim REANİMASİYADA - FOTO/VİDEO
12:08 22 May 2018
234 Şou
Ölkə mətbuatı
A- A+

Türk televiziya tarixinin əfsanəvi serialları arasında liderlik edən “Kurtlar Vadisi”nin musiqilərini hazırlayan Gökhan Kırdar təcili xəstəxanaya yerləşdirilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhhəti ağırlaşan məşhur müğənni və bəstəkarın ağzından qan gəlib. Məlum olub ki, Kırdar bazar günündən bəri reanimasiyada yatır. Hazırda Kırdar intensiv müalicə altındadır.

2002-ci ildən bu yana "Kurtlar Vadisi" serialının musiqilərini hazırlayan Kırdar 2004-cü ildə "Kurdlar Vadisi" Vol.1 və Vol.2 serial soundtrack albomlarını təqdim edib. 2002-ci ildən etibarən film və televiziya layihələri üçün hazırladığı musiqilər sayəsində məşhurlaşan Kırdar 2005-ci ildə "Haziran Gecəsi" və “Yabancı Damat” serialının musiqilərinin də yer aldığı albomlarını çıxarıb, həmçinin bir çox xarici musiqi şirkətiylə əməkdaşlıq edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/241775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR