Tibb Universitetinin tələbələrin ŞAD XƏBƏR: diplom almadan işləyə biləcəklər

Tibb Universitetinin tələbələrin ŞAD XƏBƏR: diplom almadan işləyə biləcəklər
12:18 22 May 2018
Ölkə mətbuatı
A- A+

Azərbaycan Tibb Universitetinin yuxarı kurs tələbələri bundan sonra elə universitetin klinikalarında və bir sıra müalicə müəssisələrində orta tibb təhsili işçi vəzifələrində işləyə biləcəklər.

ATU-dan Publika.az-a verilən məlumata görə, bununla bağlı Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin Səhiyyə Nazirliyinə müraciətinə cavab məktubunda bildirilib. Məktubda qeyd olunub ki, Azərbaycan Respublikasının “Əhalinin sağlamlığının qorunması haqqında” qanununun 46-cı maddəsinə əsasən, ali tibb və əczaçılıq təhsilinin başa vurmamış şəxslər müvafiq icra hakimiyyətinin müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Odur ki, Səhiyyə Nazirliyi ATU tələbələrinin bu vəzifələrdə işləməsinə icazə verib.

Bununla bağlı, müalicə profilaktika fakültəsinin tələbələri 3-cü kursu bitirdikdən sonra stomatologiya, ictimai səhiyyə və əczaçılıq tələbələri isə 4-cü kursu bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin klinikalarında və universitetin bazası olan müalicə müəssisələrində müvafiq orta tibb təhsilli işçi vəzifələrində (diplomaqədər) işə qəbul oluna bilərlər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/241778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR