Temperatur 35 dərəcəyə yüksələcək - SABAH

Temperatur 35 dərəcəyə yüksələcək - SABAH
12:44 22 May 2018
140 Digər
Ölkə mətbuatı
A- A+

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata əsasən, havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21, gündüz 28-33,  Bakıda gecə 18-20, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər Naxçıvan MR-nın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 17-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/301719

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR