Azərbaycanda 2017-ci ildə makroiqtisadi sabitliyi təmin etmək mümkün olub

Azərbaycanda 2017-ci ildə makroiqtisadi sabitliyi, maliyyə dayanıqlığını və iqtisadi artımı təmin etmək mümkün olub.

Metbuat.az-ın trend.az-a istinadın verdiyi məlumata görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2017-ci il Azərbaycan dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirələri zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

O bildirib ki, bu göstəricilər ölkədə iqtisadi islahatların həyata keçirilməsi sayəsində əldə olunub:

“Qeyd edim ki, 2017-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları əvvəlki illə müqayisədə 4 milyard artaraq 41 milyard dollar təşkil edib. Dövlət Neft Fondundan transfertlər istisna olmaqla dövlət büdcəsinin gəlirləri 5,3 faiz artıb. Azərbaycanın xarici ticarəti 12 faizdən çox, qeyri-neft ixracı 24,4 faiz, qeyri-neft sektorundan daxilolmalar 5 faiz artıb”.

Sabahın HAVASI - 33 dərəcə isti olacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR