Adam öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

11:17 12 Yanvar 2015
121 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 11:12 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Emin Ağazadənin cinayət işi üzrə məhkəmə başa çatıb.

 

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, E. Ağazadə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, E. Ağazadə “Korol” gecə klubunun qarşısında Vüsal Abdullayevi bıçaqlayaraq qətlə yetirib. Emin Ağazadə ifadəsində qətli mübahisə zəminində törətdiyini deyib. Emin Ağazadə bildirib ki, gecə klubun qarşısında Vüsal Abdullayev ondan sürmək üçün velosipedi istəyib. Nəticədə aralarında münaqişə yaranıb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR