700 bal toplayan abituriyent: "Müəllimlərimə borcluyam"

700 bal toplayan abituriyent: "Müəllimlərimə borcluyam"
19:13 22 May 2018
28 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 20-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb.

Nəticələrə əsasən 700 bal toplayanlardan biri də I ixtisas qrupu üzrə maksimum nəticə göstərən Əsra Bayramovadır.

O, Publika.az-a danışarkən əldə etdiyi nəticələrə görə müəllimlərinə borclu olduğunu deyib. Həyəcanlı olduğundan fikirlərini bölüşməkdə çətinlik çəkən Ə.Bayramovanın anası Aynur xanım qızından bu nəticəni gözlədiyini deyib:

“Biz də, müəllimləri də ondan bu nəticəni gözləyirdik. Əsra Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi olub. Dərslərinə hər zaman yüksək səviyyədə hazırlaşıb. Heç bir əlavə hazırlığa getməyib, lakin məktəb müəllimləri ona ali məktəbə hazırlıqda çox kömək olub. Buna görə hər birinə təşəkkür edirik”.

Anası Əsranın sınaq imtahanlarında da yüksək nəticə göstərdiyini deyir:

“Sınaqlarda 687, 690 bal toplayırdı. Buna görə 700 bal toplayacağına inanırdıq. Əsra hələ ixtisas seçimi etməyib, əsas diqqətini 700 bal toplamağa yönəltmişdi. Özünə istirahət saatı ayırmışdı, yalnız həmin saatda televizora baxırdı. Telefonu isə ümumiyyətlə, yox idi, buna ehtiyac duymurdu. Lakin ali məktəbə hazırlaşdığı müddətdə yuxu rejiminə xüsusi diqqət edib.

İxtisas seçimi edərkən iki ali məktəb üzərində dayanacağıq. Ya Azərbaycan Diplomatik Akademiyası, ya da Bakı Ali Neft Məktəbini seçəcəyik. Qızım bir neçə il burada oxuduqdan sonra xaricdə təhsil almaq istəyir. Biz də onun bu istəyini dəstəkləyirik”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/elmvetehsil/241836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR