Gecə klubunun qarşısında qətl törədənə hökm oxundu

Gecə klubunun qarşısında qətl törədənə hökm oxundu
11:18 12 Yanvar 2015
133 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Anar Əliyev/

Bu gün Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Emin Ağazadənin cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Emin Ağazadə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2014-cü il iyulun 31-də səhər saatlarında Bülbül küçəsində yerləşən “Korol” gecə klubunun qarşısında Bakı şəhər sakini, 18 yaşlı Vüsal Abdullayev qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs, Bakı şəhər sakini, əvvəllər də məhkum olunmuş 20 yaşlı Emin Ağazadə isti izlərlə saxlanılıb. O, ifadəsində əməlini etiraf edərək qətli mübahisə zəminində törətdiyini deyib. Emin Ağazadə bildirib ki, gecə klubun qarşısında Vüsal Abdullayev ondan sürmək üçün velosipedi istəyib. Nəticədə aralarında münaqişə yaranıb.

Bu zaman Emin Ağazadə üstündə gəzdirdiyi bıçaqla Vüsal Abdullayevə ürəyindən bir zərbə endirib. Emin ətrafdakı insanları da bıçaqla hədələyərək hadisə yerindən qaçıb. Yolda bıçağı ataraq yaşadığı evə gedib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR