Samir Əliyev "Səbail"dən ayrıldı - RƏSMİ

Samir Əliyev "Səbail"dən ayrıldı - RƏSMİ
23:38 22 May 2018
82 İdman
Ölkə mətbuatı
A- A+

“Səbail” baş məşqçisi Samir Əliyevlə yollarını ayırıb.

Publika.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, gənc mütəxəssis qarşılıqlı razılıqla paytaxt klubunu tərk edib.

Bu gün rəhbərliklə Əliyev arasında görüş keçirilib. Həmin görüşdə “Səbail”in Premyer Liqanın geridə qalan mövsümündəki çıxışı müzakirə olunub. Yekunda müqaviləyə qarşılıqlı razılıqla xitam verilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, “Səbail” debüt etdiyi mövsümü 8 komanda arasında 7-ci pillədə bitirib. 28 turda 6 qələbə, 5 heç-heçə, 17 məğlubiyyətlə yadda qalan bakılılar 23 xal toplayıblar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/241862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR