"Qara qutu" sudan çıxarıldı

"Qara qutu" sudan çıxarıldı
11:21 12 Yanvar 2015
174 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziyalı xilasedicilər Yava dənizi üzərində qəzaya uğramış "Air Asia" aviaşirkətinə məxsus təyyarənin quyruq hissəsindəki "qara qutu"sunu sudan çıxara biliblər.

ANS PRESS-in məlumatına görə, "Qara qutu"nu yeri aşkarlandıqdan bir sutka sonra əldə etmək mümkün olub. Bunun üçün dalğıclar 3 dəfə uğursuz dalma cəhdi ediblər.

Axtarış əməliyyatının rəhbərinin məlumatına görə, hələlik pilotların kabinəsində yerləşən ikinci "qara qutu" da artıq aşkar edilib, lakin hələlik onu sudan çıxarmaq mümkün olmayıb.

Xatırladaq ki, aerobus sərnişin təyyarəsi İndoneziyanın Surabaya şəhərindən Sinqapura hərəkət edərkən radarlardan itib. Təyyarədə 162 sərnişin və heyət üzvü olub. Onlardan hələ ki, 46-nın meyiti aşkar edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR