Cəlilabadda sərxoş piyadanı avtomobil vurdu

Cəlilabadda sərxoş piyadanı avtomobil vurdu
01:28 23 May 2018
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Axşam saatlarında Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

H.Əliyev prospektində yolu keçmək istəyən kişini “Mercedes” markalı avtomobil vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan Cəlilabad şəhər Səttərxan küçəsinin 1978-ci il təvəllüdlü sakini Hüseynov Cabbar Tarverdi oğlu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, yolu keçmək istəyən piyada sərxoş olub.

Faktla bağlı araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/241858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR