ABŞ İrandakı hakimiyyəti devirmək istəmir

ABŞ İrandakı hakimiyyəti devirmək istəmir
03:19 23 May 2018
71 Digər
Ölkə mətbuatı
A- A+

 

 

“ABŞ İrandakı rejimi devirmək niyyətində deyil, ölkənin gələcəyinə dair qərarı İran xalqı verməlidir”.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo iranlıların özləri üçün arzuladıqları hakimiyyətə dair seçim etməli olduqlarını bildirib. Onun sözlərinə görə, əgər bu baş verməzsə, ABŞ Tehrana qarşı sərt mövqe tutmaqda davam edəcək.

 

“Düşünürəm, Pompeo bu hüququn yalnız İran xalqına məxsus olduğunu deyib... Siyasətimiz rejimləri devirmək deyil”, deyə Hezer Nauert bildirib.        

 

Dövlət Departamentinin rəsmi nümayəndəsi İranın ünvanına insan haqlarının pozulması və sair  ənənəvi ittihamlar səsləndirib.   

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/301777

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR