Vüsalə qalmaqallı verilişdən ayrıldı

11:22 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Teleaparıcı Vüsalə Kərimova “Space” telekanalında təqdim etdiyi “Günaydın” verilişindən ayrılıb
 Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat verən teleaparıcı verilişdə artıq Mehriban Xanlarovanın aparıcılıq edəcəyini bildirib:

"Yanvarın 13-dən etibarən məni bir daha “Günaydın” verilişində görməyəcəksiniz. Verilişdən getmək istədiyim üçün ayrıldım. Çox sevindirici haldır ki, məhz bu 13 yanvara təsadüf edəcək. 13 rəqəmi hər zaman düşərlim olub.

Digər sevindirici hal mənim əvəzimə verilişi çox sevdiyim sənətkar, əməkdar artist Mehriban Xanlarovanın təqdim edəcəyidir. Məni əvəz etmək elə də asan deyilmiş. Mehriban xanıma işində uğurlar arzu edirəm".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR