Sabirabadda narkotik əkən iki yeniyetmə saxlanıldı

Sabirabadda narkotik əkən iki yeniyetmə saxlanıldı
09:39 23 May 2018
48 Digər
Ölkə mətbuatı
A- A+

 

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində i tədbirlər davam etdirilir.
 
 
DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Həşimxanlı kəndi ərazisinə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 41 ədəd çətənə kolu və ümumi çəkisi 485 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. 
 
 
 
 Məsələ ilə əlaqədar olaraq  RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Nərimankənd kənd sakinləri olan iki yeniyetməni  saxlayıb. Araşdırma zamanı onların Sahil Əhmədov və Qədir Babayev olduqları məlum olub. 
 
 
Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya  təqdim olunub. Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/301785

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR