Qırmızı xalıda şıklıq yarışı (FOTO)

11:26 12 Yanvar 2015
386 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən gün Los Ancelesdə ilin ən önəmli kino mükafatalarından biri təqdim edildi. Gecədə 72-ci Qızıl Qlobus mükafatları qazananlar qədər qırmızı xalıya çıxan ulduzların geyimləri də diqqət mərkəzində olub.

Bu dəfə qırmızı xalının əsas diqqət çəkən məqamı dekoltelər və rənglər olub. Belə ki, məşhurların çoxunun seçimi bu il dekoltedən yana olub. Rəng tendesiyasında isə gümüşü, pullu geyimlər üstünlük təşkil edib.

ANS PRESS gecənin ən çox diqqət çəkən ulduzlarını təqdim edir.

"Ömür boyu uğur" nominasiyasında mükafat qazanan Corc Kluninin vəkil həyat yoldaşı gecənin ən cazibədar simalarından biri olub desək yanılmarıq. Amal Kluni gecəyə uzun qara libasda qatılıb. "Christian Dior Couture" kolleksiyasından olan zərif geyimin bir çiyni bağlı olub. Obraz ağ rəngli uzun əlcəklər və eyni rəngli çanta ilə tamamlanıb.
Aksesuar qismində isə o ancaq "Harry Winston" markası uzun sırğalardan istifadə edilib.




Adətən seksual geyimləri seçən aktrisa Salma Heyk bu dəfə bir az sadəlikdən yana olub. Bu dəfə o "Alexander McQueen"dən olan ağ romantik geyim seçib. Aksesuar qismində isə o ancaq gümüşü kəmər, saçındakı gül, uzun sırğa və eyni rəngli bilərzik taxmaqla kifayətlənib.



Ris Uizerspun gecənin ən çox parlayanlarından biri olub. O dekolte uzun "Calvin Klein" kolleksiyasının geyimindən yararlanıb. Bu geyim onun bədən formasını uğurla ortaya çıxarıb. Final ştirixlər isə "Tiffany & Co"dan zərgərlik nümunələri olub.



Hollivudun ən sevimlisi olan Cenifer Aniston bu il mükafat almasa da ən zövqlü geyinənlər siyahısına düşə bilib. Aktrisa qara rəngə sadiq qalıb. O, qızrməzə xalıya "Saint Laurent" imzalı geyim lə çıxıb.



"Ən yaxşı aktris" seçilən Emi Adams da moda tənqidçilərinin diqqətində olanlardan biri olub. Bu dəfə o "Versace"dən seçdiyi zərif mavi rəngli geyimi ilə seçilib. Obrazını isə daima klassika olan "Tiffany & Co" ilə tamamlayıb.



Diana Kryuqerin zərif gümüşü geyimi "Emilia Wickstead"ın yaz-yay kolleksiyasındandır. Geyim onun belini uğurla vurğulayıb, bir az uzun şleyfi isə görünüşə daha da cazibədarlıq qatıb. Sadəlik onun aksesuarlarında da özünü göstərib. Sadə sırğa, bilərzik və üzük.



Qırmızı xalıda "Versace" geyimi ilə bərq vuran ulduzlardan biri də Cessika Çesteyn olub. Akrtisa dərin dekolteli bürünc geyimi ilə seçilib. Onun obrazı seksual və zərif olub.



Gecənin ən qəribə geyimi isə Kira Naytli də olub desək yanılmarıq. O, Qırmızı xalıya üzərində kəpənək motivləri olan düz geyimlə çıxıb. Kəpənək aktrisanın qolunda da olub. Belə ki, onun bilərsizi iri kəpənək formasında olub və əsl həşarat təsiri bağışlayıb.



Qırmızı xalının ən parlaq ulduzları arasında aşağıdakılar da olub:





























RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR