Türkiyə, Rusiya və İran sərhəd boyunca hərbi qüvvələrini birləşdirdi

Türkiyə, Rusiya və İran sərhəd boyunca hərbi qüvvələrini birləşdirdi
10:13 24 May 2018
50 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə, Rusiya və İran Astana görüşlərində əldə etdikləri razılığa əsasən, 4 atəşkəs nöqtəsindən biri olan Suriyanın İdlib bölgəsində nəzarət məntəqələri qurub.

Publika.az xəbər verir ki, nəzarət məntəqələri təyin edilmiş sərhəd xətti boyunca qurulub. Hazırda bölgədə Türkiyənin 12, Rusiyanın 10, İranın isə 7 nəzarət-keçid məntəqəsi var. Bu məntəqələr arasında ehtimal olunan riskləri aşağı salmaq üçün rabitə şəbəkələri də yaradılıb.

Astanada “atəşkəs bölgəsi” elan edilən ən geniş və çətin bölgə kimi dəyərləndirilən İdlibdə 3 ölkənin nəzarət məntəqələrinin tamamlanması ilə birlikdə bölgədə normal məişət həyatının yaranacağı bildirilir. Hərbi qaynaqlar sərhəd xətti boyunca təhülkəsizliyin təmin edildiyini xəbər verir.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neareast/242011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR