ABŞ-ın yeni dövlət katibi erməniləri məyus etdi

ABŞ Konqresinin xarici əlaqələr üzrə komitəsində ermənipərəst konqresmenlər qondarma "erməni soyqırımı" məsələsini müzakirəyə çıxarıblar.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, ötən gün komitədə ABŞ Dövlət Departamentinin büdcəsi, əməliyyatları və xarici siyasət istiqamətindəki prioritetləri üzrə dinləmələrdə konqresmenlər David Sisillin və Bred Şerman dövlət katibi Mayk Pompeoya belə bir təzyiqedici sual ünvanlayıblar:

"ABŞ dövlət katibi olaraq, sizdən əvvəlki bir çox dövlət katiblərinin etmədiyini edərək, Birinci Dünya Müharibəsində Osmanlı imperiyasının erməni vətəndaşlarına qarşı törətdiyi soyqırımı tanıyacaqsınızmı? Hə, ya yox?"

Pompeonun cavabı isə belə olub: "Bu suala cavab verə bilməyəcəyəm. Mən cavabı bilmirəm. Bu məsələyə baxacağam".

Cavabla qane olmayan ermənipərəst konqresmen, xarici əlaqələr komitəsinin Respublikaçı üzvü Bred Şerman Pompeoya bir növ ultimatum verib. "Mən ümid edirəm ki, ABŞ Dövlət Departamenti "erməni soyqırımı" məsələsində heç olmasa ən azı neytral qalacaq. Konqresisə "erməni soyqırımı" məsələsini həll edəcək", -deyə Şerman vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da ermənilərin gözləntilərinin əksinə olaraq, bu il aprelin 24-də "erməni soyqırımı" ifadəsini işlətməyib. Əvəzində Tramp, ermənilərin Osmanlı imperiyasından deportasiya edildiyini bildirib.

Bakı metrosunda OLAY: Gənc oğlan özünü qatar xəttinə atdı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR