Ermənistan Cənubi Qafqazda ən yoxsul ölkədir

Ermənistan bir daha Cənubi Qafqazda ən yoxsul ölkə olub.

Metbuat.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun alıcılıq qabiliyyəti pariteti əsasında adambaşına düşən ümumi daxili məhsul barədə hesabatında deyilir.

Hesabata əsasən, 2018-ci ilin yekunlarına əsasən Ermənistanda bu göstərici 10 min dollar təşkil edəcək.

Ermənistan bu göstərici ilə 192 ölkə arasında 113-cü yerdə qərarlaşıb. Bu, həm də Cənubi Qafqaz ölkələri arasında qeydə alınan ən aşağı göstəricidir.

Belə ki, 2018-ci ilin yekunlarına əsasən alıcılıq qabiliyyəti pariteti əsasında adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18,04 min, Gürcüstanda 11,48 min dollar təşkil edəcək.

Bakı metrosunda OLAY: Gənc oğlan özünü qatar xəttinə atdı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR