BDU-nun gənc alimləri Tomson Röyters jurnallarında 118 elmi məqalə çap etdirib

BDU-nun gənc alimləri Tomson Röyters jurnallarında 118 elmi məqalə çap etdirib
15:43 24 May 2018
30 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Dövlət Universitetində Təhsil Nazirliyi və STAR-NET-in birgə təşkilatçılığı ilə magistrantların və gənc tədqiqatçıların “Fizika və astronomiya problemləri” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Universitetin Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, konfransda Rusiya, Türkiyə, Ukrayna, Belarus, Qazaxıstan universitetlərinin, o cümlədən, respublika ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələrinin iştirak edir.

Beynəlxalq konfransın plenar iclasını açan rektor Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfransın əhəmiyyətindən bəhs edib. BDU-nun aparıcı fakültələrindən olan Fizika fakültəsinin əməkdaşlarının yüksək səviyyədə apardıqları nəzəri və eksperimental tədqiqatlarının nəticələrinin dünyanın aparıcı jurnallarında dərc edildiyini diqqətə çatdırıb. Xüsusi olaraq qeyd edib ki, 2017-ci ilin nəticələrinə görə Fizika fakültəsinin gənc alim və tədqiqatçıları Tomson Röyters agentliyinin siyahısına daxil olan jurnallarda 118 elmi məqalə çap etdiriblər ki, bu da ölkə üzrə çox yüksək göstəricidir. Bu amil bir daha gənc tədqiqatçıların, ümumiyyətlə yeni nəslin fundamental elm sahələrinə marağının getdikcə artmasını təsdiq edir.

Fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanovun konfrans və iki gün davam edəcək bölmə iclasları haqqında məlumatından sonra gənc doktoranlar Həbibə Şirinova və Şəlalə Şamilovanın məruzələri dinlənilib. Gənc alimlər çıxışlarında onu da qeyd ediblər ki, ötən il Tomson Röyters agentliyinin siyahısına daxil olan jurnallarda 118 elmi məqalənin çap olunması BDU-da innovativ sahələr üzrə tədqiqatlar aparmaq üçün yaradılan şəraitin daha bir təsdiqidir. Gənc alimlər universitetin 100 illik yubileyinin qeyd ediləcəyi gələn il üçün bu rəqəmi bir qədər də artırmağa çalışacaqlarını diqqətə çatdırıblar.

Plenar iclasdan sonra konfrans işini “Nəzəri fizika və astrofizika”, “Bərk cisimlər və yarımkeçiricilər”, “Fiziki elektronika”, “Biofizika və molekulyar fizika”, Nanomateriallar və nanotexnologiyalar”, Fizikanın tədrisi üsiulları” bölməsində davam etdirəcək və ümumilikdə 116 məruzə dinləniləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/elmvetehsil/242052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR