Azərbaycanda informasiya təhlükəsizliyinin səviyyəsi artıb

Azərbaycanda informasiya təhlükəsizliyinin səviyyəsi  artıb
11:33 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

2014-cü ilin dekabrında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı sorğuların sayı ötən ilin noyabr ayı ilə müqayisədə 8,7 faiz azalaraq 136 faiz təşkil edib. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasi Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin (CERT) hesabatında deyilir.

CERT-in məlumatına görə, ötən ilin dekabrında sorğuların ümumi sayından 90,4 faizinə baxılıb və təmin edilib.

CERT-in statistikasına görə, 2014-cü ilin yekunları üzrə daha çox - 275 insident mayda qeydə alınıb ki, bunun 267-nin qarşısı alınıb.

Ümumilikdə, ilin yekunları üzrə qeydə alınan insidentlərin ümumi sayı 1582 olub ki, bundan da 1558-nin qarşısı alınıb.

2014-cü ilin dekabrında Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin keçirdiyi audit əsasında 16 hesabat hazırlanaraq müvafiq strukturlara göndərilib ki, bu da ötən ilin noyabr ayının göstəricisini bir hesabat ötür.

Ümumilikdə, 2014-cü ilin dekabrında CERT tərəfindən 437 hesabat hazırlanıb. Bu da 2013-cü ilin göstəricisindən 3 dəfə çoxdur.

Dekabrda Azərbaycanın internet seqmentində 3 yeni domen və 3 subdomen yaradılıb. Ötən ilin yekunları üzrə qeydiyyata alınan domenlərin ümumi sayı 38 olub. Bu, 2013-cü ilin analoji göstəricisindən 74 faiz azdır. Ötən il qeydiyyata alınan subdomenlərin sayı 11 faiz artaraq 71 olub.

Subdomenlər təşkilatlar tərəfindən öz bölmələri və ya qurumla bağlı olan servislər üçün unikal sayt adlarının yaradılması üçün istifadə olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2352011.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR