Türk kökənli milli ay adlarının təqdimatı keçirilib (FOTO)

Türk kökənli milli ay adlarının təqdimatı keçirilib (FOTO)
11:33 12 Yanvar 2015
170 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Türk kökənli milli ay adlarımızın təqvim təqdimatı keçirilib.

Trend-in məlumatına görə, araşdırmaçı jurnalist Tural Turanın "Türk kökənli milli ay adlarımıza qayıdış" tədqiqat məqaləsi əsasında hazırlanan təqvimin təqdimat mərasimini açıq elan edən jurnalist Vəli Əkbər ümid etdiyini bildirib ki, bu kimi layihələr ortaq türk mədəniyyətinə önəmli töhfələr verəcək, Türk toplumlarının yaxınlaşmasında mühüm rol oynayacaq.

Təqdimat mərasimində çıxış edən müəllif isə bildirib ki, təqvim Türkiyədə hazırlanıb. Onun sözlərinə görə, milli və ortaq təqvim məhdud sayda olsa da, yeddi türkdilli respublikalara göndərilib.

Daha sonra iştirakçılar təqvim haqqında fikirlərini və tövsiyələrini səsləndiriblər. Bu layihənin daha geniş aspektdə ictimailəşdirilməsinə tərəfdar olduqlarını bildiriblər.

Tədbirdə çıxış edən BAMF sədri Umud Rəhimoğlu bu ay adlarının bir çoxunun ahıl yaşlı insanların yaddaşında hələ də qaldığını söyləyib, bu ay adlarının yenidən ictimai müzakirəyə çıxarılmasının vacib olduğunu vurğuladı.

Tədbirdə tələbələr, gənc yazarlar, ictimaiyyiət və media nümayəndələri də iştirak ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2352052.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR