Məşhur Hollivud aktyoru cinsi zorakılıqda ittiham olunur

Məşhur Hollivud aktyoru cinsi zorakılıqda ittiham olunur
00:38 25 May 2018
242 Şou
Ölkə mətbuatı
A- A+

80 yaşlı Hollivud aktyoru Morqan Frimen cinsi zorakılıqda və yolverilməz hərəkətlərdə ittiham olunur.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı jurnalist araşdırmasının nəticələrinə əsasən CNN teleşirkəti məlumat yayıb.

Araşdırmaya görə, bir qadın "Yaxşı getmək" (2016) komediyasının çəkilişləri zamanı bir neçə ay ərzində hər gün aktyorun zorakı hərəkətlərinə məruz qalıb. Qadının sözlərinə görə, Frimen daim ona əl qaldırıb, geyim və bədən quruluşu barədə təhqiredici ifadələr işlədib.

Daha iki qadın "Aldanma illüziyası" (2013) filminin çəkilişləri zamanı yaradıcı heyətin tərkibində "Oskar" mükafatçısının təhqirlərinə məruz qalıb. Qadınlar Firmeni açıq seksual tərkibli zəhlə tökən iradlar bildirməkdə günahlandırırlar və bunu zorakılıq kimi qəbul edirlər.

Araşdırma zamanı CNN 16 qadınla söhbətləşib və onlardan 8-i özünü aktyor tərəfindən ya cinsi zorakılığın, ya da yolverilməz hərəkətlərin qurbanı hesab edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/242103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR