Cənubi Koreya liderindən Trampa çağırış

Cənubi Koreya liderindən Trampa çağırış
06:34 25 May 2018
87 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Cənubi Koreya prezidenti Mun Çje İn  ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında birbaşa danışıqlar keçirməyə çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  Cənubi Koreya prezidentinin yaydığı bəyanatda bildirilir.

 

Qeyd edək ki,  Donald Tramp mayın 24-də Şimali Koreya lideri Kim Çen Ina məktub göndərək Sinqapurda iyunun 12-nə planlaşdırılmış görüşün baş tutmayacağı barədə məlumatlandırıb.

 

Mun Çje İn  görüşün ləğvindən “dərin təəssüf” hissi keçirdiyi bildirərək, Şimali Koreyanın nüvəsizləşdirilməsinin təxirə salınmasının mümkünsüz olduğunu vurğulayıb.

 

“Mən pərt olmuşam və ABŞ-KXDR sammitinin baş tutmayacağından çox təəssüflənirəm. Dayanıqlı sülh və Koreya yarımadasının nüvəsizləşdirilməsi elə bir məsələdir ki, ondan imtina etmək və ya təxirə salmaq mümkünsüzdür”, - deyə Mun Çje İn vurğulayıb.      

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/301969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR