Orta məktəbdə BİABIRÇILIQ: Müəllim qadın tualetinə kamera yerləşdirdi

Orta məktəbdə BİABIRÇILIQ: Müəllim qadın tualetinə kamera yerləşdirdi
06:43 25 May 2018
132 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Komi respublikasında orta məktəbdə baş verən biabırçı hadisə ilə bağlı cinayət işi açılıb.

Publika.az lenta.ru-ya istinadən xəbər verir ki, kənd məktəblərindən birində müəllim qadınların tualetinə gizli videokamera yerləşdirib. Kameranı məktəblilər tapıb və bu barədə valideynlərinə xəbər veriblər. Valideynlər də öz növbəsində polisə məlumat veriblər. Müəllim kameranı uşaqlara nəzarət üçün yerləşdirdiyini açıqlayıb.

Hazırda müəllimin kimliyi açıqlanmır. Günahı sübuta yetiriləcəyi təqdirdə müəllimi 14 illik həbs cəzası gözləyir.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/mdb/242099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR