Azərbaycanda şagirdlər sağlam həyat tərzi barədə maarifləndirilir

Azərbaycanda şagirdlər sağlam həyat tərzi barədə maarifləndirilir
11:43 12 Yanvar 2015
339 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın müxtəlif bölgələrində yaşayan və təhsil alan şagirdlər arasında sağlam həyat tərzi üzrə maarifləndirmə işləri aparılır.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, nazirliyin dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən “Respublika Məktəblərarası Debat Forumu 2014” layihəsi çərçivəsində təlimlərə start verilib. Təlimlər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq təşkil edilib.

Layihə çərçivəsində ilkin olaraq Şəki, Gəncə və Şəmkirdə “Sağlam həyat tərzi” mövzusunda təlimlər keçirilib. Təlimlərdə 30 məktəbdən 150-yə yaxın şagird iştirak edib.

Növbəti təlimlər Bakı, Sumqayıt və Lənkəran şəhərlərində yerləşən ümumtəhsil məktəblərinin şagirdləri üçün keçiriləcək.

Layihənin növbəti mərhələsində məktəblilər debat təlimlərində və daha sonra debat turnirlərində iştirak edəcəklər. Debat turnirlərində uğurlu nəticə göstərən şagirdlər və qalib komandalar mükafatlandırılacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR