"Ən yaxşı nəticəyə imza atdıq"

"Ən yaxşı nəticəyə imza atdıq"
11:47 12 Yanvar 2015
159 İdman
Ölkə mətbuatı
A- A+

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Belarus – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirlərini bölüşüblər. Fanat.az xəbər verir ki, yığmamızın baş məşqçisi təmsilçimizin ən uğurlu nəticəyə imza atmasını xüsusi qabardıb:

 

Nikolay Adam (Azərbaycan yığmasının baş məşqçisi): “Bizim üçün oyunun sonu uğurlu alındı. Gərgin oyun keçdi. Rəqib də yaxşı mübarizə apardı. Azərbaycan yığmasının bu turnirdəki ən yaxşı nəticəsinə imza atdıq. Buna görə futbolçularıma, məşqçilər korpusuna, AFFA rəhbərliyinə minnətdaram. Onlar yaxşı nəticə qazanmağımız üçün hər bir şərait yaratdılar. Bizi burada dəstəkləyən azarkeşləri də unutmaq olmaz, onlara da xüsusi təşəkkürümü bildirirəm”.

 

Aleksey Verqeyenko (Belarus yığmasının baş məşqçisi): “Maraqlı oyun alındı. Hər iki komanda hücum futbolu nümayiş etdirdi. Bundan əvvəl keçirdiyimiz oyunda Rusiya yığmasına böyük hesabla uduzmuşduq. Buna görə də psixoloji cəhətdən komandada vəziyyət yaxşı deyildi. Bacardığımız qədər futbolçuları oyuna kökləməyə çalışdıq. Penati seriyasından əvvəl qapıçı dəyişikliyi etməyim psixoloji amillə bağlı idi”.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR