Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 100-dən çox fələstinli xəsarət alıb.
Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Qəzza zolağının şərq sərhədində 109 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Martın 30-da fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə" başlayıb. İndiyədək İsrail hərbçiləri ilə toqquşmalarda 115 fələstinli ölüb, 13 mindən çoxu yaralanıb.