Çinli oğlanın sevgilisinə QEYRİ-ADİ hədiyyəsi başına BƏLA OLDU - FOTO

Çinli oğlanın sevgilisinə QEYRİ-ADİ hədiyyəsi başına BƏLA OLDU - FOTO
14:53 26 May 2018
169 Digər
Ölkə mətbuatı
A- A+

Çində bir oğlan sevgilisinə olduqca bahalı ad günü sürprizi edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, oğlan sevgilisinə 43 min yuandan ibarət (52300 dollar) ibarət “buket” hədiyyə edib.

Məlumata görə, çiçək görüntüsü yaradılaraq birləşdirilən pulların “buket” halına gətirilməsi üçün 7 nəfər 10 saatdan çox işləyib.

Bu xəbər sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri sürprizin gözəl olduğunu yazsa da, bəzi istifadəçiləri ölkənin milli pul vahidinə zərər verdiyinə görə həmin şəxsin cəzalandırılmalı olduğunu bildirib.

Qeyd edək ki, Çində milli valyutadan belə məqsədlər üçün istifadə yolverilməzdir. Gəncin milli valyutaya zərər vermək maddəsi ilə həbs ediləcəyi gözlənilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/242275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR