Ermənistanın prezidenti Armen Sarkisyan Gürcüstanda
səfərdədir.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki,
A. Sarkisyan Tbilisidə baş nazir Kvirikaşvili, prezident
Marqvelaşvili ilə yanaşı, Gürcüstanı arxa planda idarə edən
İvanaşvili ilə də görüşüb.
Məlumata görə, A. Sarkisyanın İvanaşvili ilə keçmiş dostluq
münasibətləri var. Lakin bu görüşün arxasında Ermənistanın
Gürcüstanla bağlı planları var.
İrəvan Tbilisidən işğal altındakı Abxaziya vasitəsilə Rusiyaya
tranzit açmağı istəyir. Nikol Paşinyan mayın 30-da Gürcüstana
səfəri zamanı Tbilisi ilə tranzit məsələsini müzakirə edəcək.
Paşinyanın adındakı hərflərin SİRRİ və ABŞ-ın Qarabağ üzərindən ŞOK PLANI: O, niyə hakimiyyətə gətirildi?
Gürcüstan mediası yazır ki, “Paşinyan Tbilisidən Rusiyaya Abxaziya
üzərindən tranzit açılmasına icazə istəyəcək. Buna nail olaraq,
Paşinyan Azərbaycan və Türkiyə ilə danışıqlarda “arqument”
qazanacaq və deyəcək: “Budur, gürcülər onların ərazisini işğal edən
Rusiya ilə Abxaziya üzərindən tranzit açmağımıza icazə verdilər.
Burada heç bir qorxulu şey yoxdur. Qarabağ problemi də tranzit üçün
heç bir maneə yarada bilməz. Gəlin unudaq və təmiz səhifədə
iqtisadi münasibətlər quraq”. Məlumdur ki, belə kapitulyasiya ilə
Türkiyə və Azərbaycan razılaşmayacaq”.
Ermənistanın “lragir” saytı yazır ki, İrəvan Moskva və Tbilisi
arasında “körpü” rolunu da oynamaq istəyir.
Ermənistanın baş nazirinin müavini Tiqran Avinyan Praqda Rusiya və
Gürcüstan nümayəndələrinin ticarət dəhlizlərinin açılması ilə bağlı
razılaşmasını şərh edərkən bildirib ki, mayın 14-də Nikol Paşinyan
Soçidə Vladimir Putinlə görüşəndə bu məsələni gündəmə gətirib.
“Bizim üçün bu səylər son dərəcədə əhəmiyyətlidir”, - deyə o
bildirib.
“Lragir” saytı yazır ki, İrəvan faktiki olaraq Paşinyanın Putindən
bu məsələdə xahiş etdirdiyini nümayiş etdirib: “Putinlə Paşinyanın
qapalı görüşündə bu məsələdə müzakirə olunub və İrəvan Paşinyanın
Tbilisi səfəri öncəsi qapalı müzakirələri ictimaiyyətə açıqlayır.
Gürcüstan Rusiya ilə münasibətləri qaydaya salmaq istəyirsə, İrəvan
bu məsələdə moderatorluq etməyə hazırdır”.
Paşinyan Tbilisiyə səfəri zamanı Gürcüstan rəhbərliyi ilə bunu
müzakirə edəcək. Təbii ki, İrəvanın istəyi Abxaziya üzərindən
Rusiyaya tranzitin açılması və Azərbaycanın blokada siyasətini
zəiflətməsidir. Burada ermənilərin Tbilisinin Gürcüstanı
Azərbaycan-Türkiyə orbitindən də uzaqlaşdırmaq niyyəti də aydın
görünür.
Asif
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/242292.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)