Gürcüstanda müstəqillik günü

Gürcüstanda müstəqillik günü və ilk republikanın yaranmasının 100 illik yubileyi qeyd olunur.

Metbuat.az-ın məlumatına görə, bayramla bağlı əsas tədbirlər Tbilisinin mərkəzi Azadlıq meydanı və Rustaveli prospektində keçirilir.

Tədbirlər çərçivəsində Gürcüstanın ABŞ-dan yeni aldığı “Javelin” tank əleyhinə daşınan raket kompleksi daxil olmaqla müxtəlif hərbi texnika və avadanlıqların sərgisi təşkil olunub.

Rustaveli prospektində dövlət qurumları və özəl şirkətlərin pavilyonları, müxtəlif mövzular üzrə sərgilər, əyləncəli oyunlar, konsert proqramları nümayiş etdirilib.

Bayram qonşu ölkənin Kutaisi, Qori, Rustavi, Marenuli kimi digər şəhər və bölgələrində də geniş qeyd olunur./ Apa


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR